Biz onun gedəcəyinə əminik. O, katolikosların iqamətgahını boşaltmalı olacaq. Bunu Ermənistan parlamentindəjurnalistlərlə keçirdiyi brifinqdə parlamentin spikeri Alen Simonyan deyib. Lakin spiker fikrini dəqiqləşdirməyib - katolikos öz istəyi ilə gedəcək, yoxsa ətrafındakı yepiskoplar, vicdanı, yoxsa Allah onu buna məcbur edəcək, çünki "bu, biabırçılıqdır, o, artıq XIV Lüdovikə çevrilib - dövlət mənəm, kilsə mənəm"- deyir. Alen Simonyan həmçinin bəyan edib ki, parlamentin katolikos vəzifəsinə namizədi yoxdur. "Bizim namizədimiz yoxdur, parlamentdə, şəxsi söhbətlərimizdə heç kimin adı hallanmayıb. Din xadimləri özləri öz aralarında seçim etməlidirlər"- deyə Simonyan bildirib.
Xatırladaq ki, son brifinqlərin birində spiker Alen Simonyan əminliklə bəyan etmişdi ki, kilsədə yeni katolikos olacaq.
Surxay Əliyev