AZ

Qarabağ erməniləri zorla mitinqə aparılır - İrəvanda ara qarışır

Azərbaycanın Qarabağ bölgəsindən gedən və hazırda Ermənistanın müxtəlif rayonlarında yerləşdirilmiş  ermənilər İrəvanda keçiriləcək yürüşə aparılır.

News24.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, bu insanların bir hissəsi təzyiq, digər hissəsi isə manipulyativ vədlərlə aksiyaya cəlb edilir. 

Bildirilir ki, məqsəd bu şəxslərdən siyasi və təbliğat məqsədləri üçün istifadə etməkdir.

Qarabağdan köçın ermənilər artıq bir neçə aydır ki, ağır sosial və psixoloji vəziyyətdə yaşamağa məcbur qalıblar. İndi isə onların siyasi məqsədlər uğrunda yenidən istismar edilməsi ictimai narahatlıq yaradıb.

Müşahidəçilər bu cür yürüşlərin Ermənistan daxilində sabitliyi pozmaq və regionda gərginliyi artırmaq məqsədi daşıya biləcəyini qeyd edirlər. Hələlik rəsmi qurumlar hadisə ilə bağlı açıqlama verməyiblər.

Aqil

Seçilən
12
50
news24.az

10Mənbələr