Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmaq arzusunu ifadə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, respublika təşkilatın əsas prinsiplərinə əməl edir.
Qeyd edək ki, iyunun 27-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çinə səfəri çərçivəsində ŞƏT-in baş katibi Nurlan Yermekbayevlə görüşüb.
Həmsöhbətlər ŞƏT ilə əməkdaşlıq məsələlərini müzakirə edib, qurulmuş fəal dialoqdan və artıq tərəfdaş ölkə statusunda qeydə alınan nəticələrdən qarşılıqlı məmnunluq ifadə ediblər.