AZ

Ermənistan ŞƏT-ə üzv olmaq niyyətindədir

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmaq arzusunu ifadə edib.

News24.az-ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin ötən gün öz "Telegram" kanalında verdiyi bəyanatında deyilir. 

"Şanxay Əməkdaşlıq Təşkilatının əsas prinsiplərini, yəni ərazi bütövlüyü, güc tətbiq etməmək və s. qəbul edən Ermənistan Respublikası ŞƏT-ə üzv olmaq arzusunu ifadə edir", - bəyanatda deyilir.


Seçilən
9
19
news24.az

10Mənbələr