AZ

Ermənistan Xarici İşlər Nazirliyi ŞƏT ə üzv olmaq arzusunu ifadə edib

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmaq arzusunu ifadə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin "Telegram" kanalında dərc olunmuş məlumatda deyilir.

"Ermənistan ŞƏT-ə üzv olmaq arzusunu ifadə edib", - deyə Ermənistan XİN-in nəşrində qeyd edilir. Bildirilir ki, respublika təşkilatın əsas prinsiplərini bölüşür. Xüsusilə, ərazi bütövlüyü, güc tətbiq edilməməsi və sərhədlərin toxunulmazlığı ilə bağlı prinsiplərni qəbul etməyə razıdır.

İyunun 27-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çinə səfəri çərçivəsində ŞƏT-in baş katibi Nurlan Yermekbayevlə görüşüb. Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, həmsöhbətlər ŞƏT ilə əməkdaşlıq məsələlərini müzakirə edib, qurulmuş fəal dialoqdan və artıq tərəfdaş ölkə statusunda qeydə alınan nəticələrdən qarşılıqlı məmnunluq ifadə ediblər. Mirzoyan Ermənistanın təşkilat daxilində iştirakının genişləndirilməsi ilə bağlı mövqeyini vurğulayıb.

2024-cü ilin yayında İran İslam Respublikasının ŞƏT Katibliyindəki milli koordinatoru Mehrdad Kiai bildirib ki, Azərbaycan, Ermənistan, Banqladeş, Kamboca və Şri-Lanka müşahidəçi statusu almaq üçün müraciət edib. O, həmin vaxt qeyd edib ki, qurum bu müraciətlərə baxıb təsdiq etməyə hazırdır.

Təşkilata üzv olan dövlətlər

HindistanQazaxıstanQırğızıstanÇXRPakistanRusiyaTacikistanİranÖzbəkistan

Müşahidəçi dövlətlər

ƏfqanıstanBelarusMonqolustan

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
50
bizimyol.info

10Mənbələr