EN

MİQ imtahanının ilk günündə 83% davamiyyət qeydə alınıb

Bakı. Trend:

Bu gündən etibarən 2025–2026-cı tədris ili üçün müəllimlərin işəqəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə startverilib.

Trendxəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumatyayıb.

Bildirilib ki, 65 572 namizədin iştirak edəcəyi test imtahanları3, 4, 8–10 iyul tarixlərində ölkənin 19 şəhərində olmaqla 44imtahan mərkəzində təşkil olunur.

Test imtahanı mərhələsinin ilk gününün birinci seansına 3 771namizəd dəvət olunub. Ümumilikdə birinci seans üzrə 83% davamiyyətqeydə alınıb.

Qeyd edilib ki, 3 iyul 2025-ci il tarixində keçirilənmüəllimlərin işə qəbulu üzrə test imtahanı zamanı 325 namizədiniştirak etdiyi 5 imtahan mərkəzində internet bağlantısınıntəminatında fasilələr müşahidə olunub. Yarandığı andan etibarəntexniki nasazlıq operativ şəkildə aradan qaldırılmış və itirilmişvaxtın bərpası təmin edilib.

Əlavə olunub ki, 3 iyul tarixində təşkil olunan test imtahanlarıüzrə apellyasiya müraciətlərinin qəbuluna 4 iyul saat 12:00-danetibarən start veriləcək.

Chosen
17
37
az.trend.az

10Sources