ain.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az “Fox News” telekanalına istinadən xəbər verir ki, Nyu-Cersi ştatından olan demokrat konqresmen Coş Qothaymer və Nyu-York ştatını təmsil edən respublikaçı konqresmen Mayk Louler ABŞ prezidenti Donald Trampa “İran nüvə silahı yaratmağa cəhd göstərsə, İsrailin bütün gözlənilməz hallara hazır olmasının təminatı üçün hərəkətə keçmək” səlahiyyəti verən qanun layihəsi təqdim ediblər. “2024-cü ilin məlumatına görə ABŞ-də 19 ədəd “B-2” bombardmançı təyyarəsi var və Vaşinqton onlardan heç birini müttəfiqlərinin heç birinə ötürməyib. Həmçinin, İsrailin sərəncamında GBU-57 bombaları da yoxdur”, - telekanal vurğulayır.
Vaşinqton Tehranla danışıqlara qayıtmağa hazırdır | VİDEO
Xatırladaq ki, iyunun 13-dən 25-dək İsrail İrana gündəlik zərbələr endirib. Əməliyyatın bəyan edilmiş məqsədi İslam Respublikasının raket və nüvə proqramlarını məhv etmək olub. İran bunun cavabında İsrail ərazisinə raket zərbələri endirib. İyunun 22-nə keçən gecə isə ABŞ prezidenti Donald Tramp ölkəsinin İranın üç nüvə obyektinə - İsfahan, Natanz və Fordoda uğurlu hücum həyata keçirdiyini açıqlayıb. ABŞ ordusu zərbələr üçün “GBU-57” bunker bombaları ilə təchiz olunmuş az nəzərə çarpan “B-2 Spirit” strateji bombardmançılarından istifadə edib. ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinin tamamilə məhv edildiyini söyləyərək, bunu təsirli hərbi uğur adlandırıb. Bundan osnra Vaşinqton Tehrana İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu çatdırıb. Sahil İsgəndərov
AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.