BAKI, 1 iyul. TELEQRAF
İsrail Müdafiə Qüvvələrinin (İSQ) İran hərbi elitasını məhv etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İMQ-nin sözçüsü Aviçai Edri bildirib.
O deyib: "Biz İran hərbi komandanlığı və təhlükəsizlik qüvvələrinin elitasını məhv etmək istəyirdik və buna nail olduq".
Daha əvvəl İsrail Silahlı Qüvvələri İran Silahlı Qüvvələrinin mərkəzi qərargah rəisi “Xatəm əl-Ənbiya”nın, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Şadmanini sıradan çıxardığını bildirib. O, İranın ali lideri Əli Xamneyinin ən yüksək rütbəli hərbi komandiri və ən yaxın silahdaşı sayılırdı.