BAKI, 4 iyul. TELEQRAF
İsrail Suriyanın Cəbəl əl-Şeyx bölgəsində 2, Qolan təpələrində isə 8 hərbi baza yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə “Əl-Məyadin” məlumat yayıb.
Həmçinin nəşr iddia edir ki, İsrail qüvvələrinin üç zirehli texnikadan ibarət bölməsi Dəməşqin qərb ətraflarına, Livan sərhədindəki ərazilərə və Rəşiyə bölgəsinə (Raxla kəndi) daxil olub:
“Bu, regionda bu tipli ilk əməliyyat idi”.
Qeyd olunur ki, İsrail xüsusi təyinatlıları 3 helikopterlə paytaxt Dəməşq ətrafında hava əməliyyatı həyata keçirib. Əməliyyat zamanı ləğv edilmiş Suriya Qvardiyasına məxsus obyektləri hədəfə alıb.
Suriya mənbələri həmçinin İsrail qüvvələrinin 6 hərbi maşınla Dəranın qərbindəki Sison kəndinə daxil olduğunu bildirib.