AZ

İsrail Livanın cənubuna zərbələr endirdi

BAKI, 3 iyul. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın Cezzin və Nabati şəhərlərində yerüstü hədəflərə güclü zərbələr endirib.

Teleqraf xəbər verir ki, "Hizbullah" qruplaşmasına məxsus yeraltı sığınacaqlar, komanda məntəqələri və silah anbarları da hücuma məruz qalıb.

Mülki vətəndaşlar arasında xəsarət alanlar barədə məlumat verilmir.

Şahidlər İsrail təyyarələrinin ölkənin cənub rayonları üzərində alçaqdan manevr etdiklərini bildiriblər. "Hizbullah"ın obyektlərinə yeni zərbələrin endiriləcəyi gözlənilir.

Seçilən
16
50
teleqraf.com

10Mənbələr