EN

ABŞ Rusiyadakı yeni səfir üçün hələ rəsmi razılıq tələb etməyib- ÖZƏL

Olaylar xəbər verir ki, ABŞ hələlik Rusiyadan Moskvadakı yeni səfirin təyinatı üçün rəsmi razılıq tələb etməyib. 

Qeyd edək ki, ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi diplomatik missiyasını başa çatdıraraq ölkəni tərk edir. Bu barədə ABŞ-ın Rusiyadakı səfirliyi məlumat yayıb.

Linn Treysi 2022-ci ilin dekabrında ABŞ-ın o zamankı prezidenti Co Baydenin administrasiyası tərəfindən bu vəzifəyə təsdiq olunmuşdu və Rusiyada Amerika diplomatik nümayəndəliyinə rəhbərlik edən ilk qadın olmuşdu. O, 2023-cü il yanvarın 26-da Moskvaya gəlmiş, yanvarın 30-da isə vəzifəsinin icrasına başlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
50
olaylar.az

10Sources