Rusiya ABŞ-ın Kubaya qarşı sanksiyalarını sərtləşdirməsini pisləyib və bu tədbirləri beynəlxalq hüququn pozulması adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Kuba hökumətinə hər hansı təzyiq qətiyyən qəbuledilməz və qanunsuzdur. ABŞ-ın sanksiyaları uğursuzluğa məhkumdur və Kuba xarici iqtisadi əlaqələrini inkişaf etdirməyə davam edəcək", - Zaxarova vurğulayıb.
Bu, Donald Trampın Bayden administrasiyasının güzəştlərini ləğv edən və Havanaya qarşı sərt məhdudiyyətləri geri qaytaran memorandumla bağlı olub. Sənəddə konkret sanksiyalar mexanizmləri göstərilməyib.
"Biz sosial-iqtisadi inkişaf üçün siyasi əməkdaşlığı və praktiki qarşılıqlı fəaliyyəti genişləndirəcəyik", - o deyib.