EN

Qarabağ Maksim Medvedevin təyinatını açıqladı

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi bəlli olub.

Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu post Maksim Medvedevə tapşırılıb.

Rəhbərlik onun uzun müddət kluba göstərdiyi xidməti və son bir ildə U-14 komandasında məşqçi kimi fəaliyyətini nəzərə alaraq, əvəzedici komandanın baş məşqçisi vəzifəsinə təyin etmək qərarına gəlib.

Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.

Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçudur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
50
fanat.az

10Sources