EN

DİN: Ötən gün 64 kiloqramdan artıq narkotik vasitə götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 1-də ümumi çəkisi 64 kiloqramdan artıq narkotik vasitə, 50 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 830 kiloqram çəkidə 611 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 2 ton çəkidə 9 min 784 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu sahədə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Chosen
26
12
yeniazerbaycan.com

10Sources