AZ

Külli miqdarda narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 1-də ümumi çəkisi 64 kiloqramdan artıq narkotik vasitə, 50 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 830 kiloqram çəkidə 366 ədəd çətənə kolu götürülüb.

Məlumatı DİN mətbuat xidməti verib. 

Yabanı halda bitmiş 2 tondan artıq çəkidə 9784 ədəd çətənə kolu isə polis əməkdaşları tərəfindən aşkarlanaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Seçilən
16
4
xalqqazeti.az

10Mənbələr