AZ

DİN: Ötən gün 64 kiloqramdan artıq narkotik vasitə götürülüb

Bakı, 1 iyul, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 1-də ümumi çəkisi 64 kiloqramdan artıq narkotik vasitə, 50 ədəd psixotrop təırkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 830 kiloqram şəkidə 611 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 2 ton çəkidə 9 min 784 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu sahədə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

 

Seçilən
21
8
azertag.az

10Mənbələr