EN

UEFA Litva Futbol Federasiyasına Bakıdakı oyuna görə xəbərdarlıq etdi

UEFA Litva Futbol Federasiyasına (LFF) xəbərdarlıq edib.
 
Moderator.az xəbər verir ki, buna Litva millisinin Bakıda Azərbaycan yığmasına qarşı keçirdiyi UEFA Millətlər Liqası matçı ərəfəsində geyim qaydalarını pozması səbəb olub.
 
Komandanın qarşılaşmadan əvvəl məşq jiletində sponsorlardan birinin reklamı yerləşdirilib. LFF buna görə Avropa futbol qurumundan xəbərdarlıq alıb.
 
Qeyd edək ki, Bayıl stadionunda gerçəkləşən matç qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Chosen
30
50
moderator.az

10Sources