UEFA "Qarabağ" klubuna növbəti dəfə ödəniş edib.
Publika.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Avropa Liqasının 2024/2025-ci illər mövsümündə Liqa mərhələsində iştirakına görə Avropanın ali futbol qurumu tərəfindən ayrılmış 753608 avro (1476223 manat) maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.