Bakının "Zirə" klubunun ötən il UEFA Konfrans Liqasının ikinci mərhələsində mübarizədən kənrlaşdırdığı (4:0; 2:1) Slovakiya təmsilçisi "Dunayska Streda" 2025/2026 mövsümündə avrokuboklardan məhrum olub.

Offsideplus.az xəbər verir ki, UEFA-nın Maliyyə Nəzarəti Palatasının araşdırmalarından sonra belə qərar verilib.

Məlum olub ki, "Dunayska Streda" və Macarıstanın "Dyör" klublarının sahibi eyni şəxs - biznesmen Oskar Vilaqidir.

Bu səbəbdən qitənin ən ali futbol qurumu daha aşağı reytinqə malik olan "Dunayska Streda"nın Konfrans Liqasının ikinci mərhələsində iştirakına qadağa qoyub.

Nəticədə birinci mərhələdə "Neman" (Belarus) - "Urartu" (Ermənistan) cütünün qalibi birbaşa üçüncü mərhələyə vəsiqə qazanacaq.

Qeyd edək ki, son vaxtlar UEFA rəhbərliyi eyni sponsora malik klublarla bağlı sərt tədbirlər görür. Analoji cəzaya İrlandiyanın "Droqeda" komandası da məruz qalmışdı. Çünki bu klubla Danimarka "Silkeborq"unun sahibi eyni şəxsdir.