AZ

UEFA Bakıdakı oyuna görə Litva Futbol Federasiyasına xəbərdarlıq edib

ain.az bildirir, Sia Az portalına istinadən.

UEFA Litva Futbol Federasiyasına (LFF) xəbərdarlıq edib. SİA-nın məlumatına görə, buna Litva millisinin Bakıda Azərbaycan yığmasına qarşı keçirdiyi UEFA Millətlər Liqası matçı ərəfəsində geyim qaydalarını pozması səbəb olub.

Komandanın qarşılaşmadan əvvəl məşq jiletində ("nakidka") sponsorlardan birinin reklamı yerləşdirilib. LFF buna görə Avropa futbol qurumundan xəbərdarlıq alıb.

Qeyd edək ki, Bayıl stadionunda gerçəkləşən matç qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
50
sia.az

10Mənbələr