Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifəsindən uzaqlaşdırılması tələbi ilə ruhanilərə açıq müraciət edib. Ekspertlər bunu Ermənistanda Apostol kislsəsi ilə hakimiyət arasında mövcud gərginliyin artması fonunda təhlil edir.
Bu istiqamətdə Hafta.Az-a açıqlama verən siyasi şərhçi Məhəmməd Əsəsdullazadə vəziyyətin getdikcə gərginləşəcəyi və II Qaregenin kilsədən uzaqlaşdırılacağı proqnozunu verib.
Ekspert qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyanla Apostol kilsəsinin keşişi II Qaregin arasında münasibətlər Paşinyan 2018-ci ildə baş nazir seçiləndən başlayıb. Üzərindən illər keçsə də bu iki tərəf arasında gərginlik daha da dərinləşib.
M.Əsədullazadə burada Rusiya "çömçə"sinin işlədiyini deyib:
“II Qaragen Paşinyanı devirmək üçün çox cəhdlər etdi və Qalaksiyan onun xeyir-duası ilə etirazlara başladı. Paşinyan bilir ki, Ermənistan müxalifəti və Apostol kilsəsi faktiki olaraq Rusiyadan himayə alırlar. Bu günlərdə Rusiya Xarici işlər naziri Sergey Lavrovun da açıqlamalarından aydın olur ki, erməni Apostol kilsəsi birbaşa Rusiyaya bağlıdır və təlimatları oradan alır”.
Onun sözlərinə görə, Ermənistanda proseslər kilsə ilə hakimiyyət arasında açıq savaşa keçib. Bu mübarizədə qalib olmaq üçün Paşinyanın əlində rıçaqlar daha güclüdür:
“Paşinyan kilsəni kifayət qədər sıxışdırıb. Həyata keçirilən cinayət təqibləri və II Qaregin haqqında evli olması ilə bağlı məlumatın ictimaiyyətə ötürülməsi onun nüfuzuna mənfi təsir edib. Proseslər onu göstərir ki, Nikol Paşinyan II Qaregini devirəcək. Çünki II Qaragenin imici tamamilə korlanıb, Apostol kilsəsi siyasətə qarışıb, müxalifətlə birləşərək hakimiyəti dəyişmək istəyir. Bu da Nikol Paşinyanın əlini gücləndirir. Paşinyan erməni Apostol kilsəsini Rusiya nümayəndələrindən təmizləyəcək və kilsəyə öz adamını gətirəcək”.