EN

"Barselona" Ansu Fatini icarəyə göndərdi

BAKI, 1 iyul. TELEQRAF

“Monako” klubu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Ansu Fatini heyətinə qatıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu 2025/2026 mövsümünün sonuna qədər icarəyə götürülüb.

Müqavilədə həmçinin futbolçunun birdəfəlik transfer olunması imkanı da nəzərdə tutulur. Daha əvvəl verilən məlumatlara görə, “Monako” gələcəkdə Fati üçün 11 milyon avro ödəyərək onun transfer hüquqlarını tamamilə ala biləcək.

Transfermarkt Ansu Fatinin bazar dəyərini hazırda 5 milyon avro ilə qiymətləndirib.

Qeyd edək ki, ötən mövsüm hücumçu bütün turnirlərdə cəmi 11 oyunda iştirak edib və nə iləsə yadda qalmayıb. Daha əvvəl “Barselona” futbolçu ilə olan əmək müqaviləsini 2028-ci ilin yayına qədər uzatmışdı.

Chosen
25
50
teleqraf.com

10Sources