AZ

UEFA "Zirə"nin rəqibinə sərt cəza verdi

BAKI. 4 iyul. TELEQRAF

UEFA "Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın "Hayduk" klubunu cərimələyib.

Teleqraf Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, səbəb Split təmsilçisinin maliyyə feyr-pleyi qaydalarını pozmasıdır.

Klub 300 min avro cərimə ödəməlidir. Bu məbləğ birbaşa verilməyəcək, UEFA-nın mükafat fondundan çıxılacaq. "Hayduk" 1,2 milyon avroluq ümumi cərimədən yayınmaq üçün növbəti üç ildə maliyyə nəticələrini yaxşılaşdırmalıdır.

Seçilən
9
22
teleqraf.com

10Mənbələr