AZ

"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını bitirdi

BAKI, 3 iyul. TELEQRAF

"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın "Hayduk" klubunun futbolçusu İvan Rakitiç karyerasını başa vurub.

Teleqraf “Nova TV”yə istinadən xəbər verir ki, bu barədə Split təmsilçisinin baş məçqçisi Qonsalo Qarsiya bildirib.

37 yaşlı yarımmüdafiəçinin “Hayduk”la müqaviləsi iyulun 1-də başa çatıb. Rakitiç tezliklə klubun idman departamentində işləyəcək.

“Rakitıç karyerasını bitirir. O, ağıllıdır, yaxşı ideyaları var və futbolu mükəmməl anlayır. Amma hazırda onun üçün çətin bir dövrdür. Butsları kostyumla əvəzləmək asan deyil” – deyə, baş məşqçi açıqlama verib.

Xatırladaq ki, İvam Rakitıç Xorvatiya millisinin heyətində 2018-ci il dünya çempionatının gümüş medalçısı, İspaniyanın “Barselona” komandası ilə 2014/2015 mövsümündə UEFA Çempionlar Liqasının qalibi, “Sevilya” ilə 2013/2014 və 2022/2023 mövsümlərində UEFA Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk oyun iyulun 23-də "Neftçi Arena"da, cavab görüşü ayın 31-də "Polyud Stadium"da keçiriləcək.

Seçilən
14
50
teleqraf.com

10Mənbələr