AZ

“Neftçi” “Araz Naxçıvan”ın futbolçusunu transfer edib

“Neftçi” yeni futbolçu transfer edib.

Klubdan Ölkə.az-a verilən məlumata görə, braziliyalı müdafiəçi İqor Ribeyro ilə 2 illik müqavilə imzalanıb.

“Araz-Naxçıvan” klubu ilə razılaşmaya əsasən, Ribeyro bu komandanın UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq.

28 yaşlı futbolçu ilə sözləşmə avqustun 1-də qüvvəyə minəcək.

Seçilən
7
23
olke.az

10Mənbələr