EN

Azərbaycan klubu Portuqaliyadan futbolçu transfer etmək istəyir

"Turan Tovuz" yeni oyunçu axtarışlarını davam etdirir.

Ötən mövsüm uğursuzluğa düçar olan, böyük büdcə ilə yola çıxmasına rəğmən avrokuboklar xəyalını gerçəkləşdirə bilməyən klub öz nümayəndəsini Portuqaliyaya göndərib.

İdman direktoru Səməd Nəsibov sözügedən ölkədə olub, yerli həmkarları ilə görüşüb.

Təcrübəli funksioner rəhbərlik tərəfindən transferini istədiyi oyunçularla bağlı danışıqlar aparıb.

"Turan"ın heyətinə qatmaq istədiyi əcnəbilərdən ikisi yarımmüdafiəçi, digəri isə hücumçudur.

Qərb bölgəsinin təmsilçisi ötən günlərdə Rumıniyadan David Oliveyra Tavareşi (son klubu "Buzau") Azərbaycana gətirib.

Chosen
25
15
demokrat.az

10Sources