AZ

"Turan Tovuz" "Benfika"nın yetirməsini transfer etdi

"Turan Tovuz" klubu mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.

Kabo-Verde milli komandasının üzvü David Oliveyra Tavareş ilə 3 illik müqavilə imzalanıb.

“Benfika”nın yetirməsi olan yarımmüdafiəçi Rumıniya təmsilçisi “Buzau”dan transfer edilib.

26 yaşlı futbolçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının da şərəfini qoruyub.

Tavareş "Turan Tovuz"da 8 nömrə formada çıxış edəcək.

Qeyd edək ki, Misli Premyer Liqasında Kabo-Verde yığmasının daha iki futbolçusu oynayır. Söhbət Patrik və Leandro Andrade qardaşlarından gedir. Böyük qardaş olan Patrik bu günlərdə "Qarabağ"dan "Araz-Naxçıvan"a keçib. Ötən mövsümün bombardiri Leandro isə Ağdam klubunda qalıb.  (Offsideplus.az)

Seçilən
8
1
musavat.com

2Mənbələr