"Turan Tovuz" Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareş ilə anlaşıb.
Rekord.az xəbər verir ki, onunla 3 illik müqavilə imzalanıb.
“Benfika”nın yetirməsi olan yarımmüdafiəçi son olaraq Rumıniya təmsilçisi “Buzau”nun formasını geyinib.
26 yaşlı futbolçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.