EN

"D8" ölkələri tələbə mübadiləsinə başlayacaq

AĞDAM, 1 iyul. TELEQRAF

"D8" ölkələri 2026-ci ildən etibarən tələbə mübadiləsini həyata keçirəcək.

Teleqraf-ın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "D8"in baş katibi İsiaka Abdulqadir İmam Ağdamda ECO Gənclər Forumu çərçivəsində keçirilən "Ölkə müdaxilələri: “Gənclərin milli strategiyalarının dayanıqlı inkişafa töhfəsinin qiymətləndirilməsi” üzrə mövzusunda panel sessiyanın iştirakçılarına ünvanladığı videomuraciətdə deyib.

O bildirib ki, bu yöndə işlər aparılır:

"Çalışırıq ki, bu və ya digər ölkələrdə icmalara, ailələrə problemlərin həllində dəstək olaq".

Chosen
9
46
teleqraf.com

10Sources