EN

İnstitut rəhbəri: Son iki il ərzində qlobal miqyasda müasir təhsil çağırışları ilə üzləşmişik

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Son iki il ərzində qlobal miqyasda müasir təhsil çağırışları ilə üzləşmişik".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu ECO Təhsil İnstitutunun rəhbəri Mehmet Akif Kireççi Ağdamda ECO Gənclər Forumu çərçivəsində keçirilən "Yüksəksəviyyəli Perspektivlər: "Regional inkişafda gənclərin rolu" mövzusunda panel müzakirəsində deyib.

O, mövcud çağırışların bu istiqamətdə işləri sürətləndirməyi tələb etdiyini vurğulayıb:

"Xüsusilə, sosial şəbəkə və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır. Bu alətlər gənclərin təhsilə cəlb edilməsində böyük şansdır. Ən bacarıqlı gəncləri irəli çəkməyə çalışmalıyıq. Gələcəyimiz təhsilsiz mümkün deyil. Gənclərin təhsil alması onların dünyada baş verən hadisələri dərk etmələri baxımından da əhəmiyyətlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
50
oxu.az

10Sources