Ağdam. Trend:
Azərbaycan və Qırğızıstan gənclər siyasəti sahəsində birgəlayihələr həyata keçirməyi planlaşdırır.
Trend xəbər verirki, bunu Qırğzısıtanın Mədəniyyət, İnformasiya və Gənclər SiyasətiNazirinin müavini Soyuzbek Nadırbekov İqtisadi ƏməkdaşlıqTəşkilatının Ağdamda keçirilən “Dayanıqlı və iqlimə davamlıgələcəyin qurulmasında gənclərin rolunun gücləndirilməsi”mövzusunda Gənclər Forumu çərçivəsində jurnalistlərə açıqlamasındadeyib.
"Qırğızıstan və Azərbaycan bundan sonra da gənclər siyasəti,mədəniyyət və idman sahələrində sıx əməkdaşlıq etmək niyyətindədir.Biz hər iki ölkənin gənclərinin qarşılıqlı fəaliyyəti və inkişafıüçün yaxşı platformaya çevriləcək birgə layihələringerçəkləşdirilməsini planlaşdırırıq", – deyə o qeyd edib.
Onun sözlərinə görə, Gənclər Forumunun Xankəndidə keçirilməsixüsusi rəmzi məna daşıyır. Çünki Qarabağ bölgəsində yerləşən Ağdambərpanı təcəssüm etdirir, gənclər isə qurub-yaradan, irəliyə aparanbir qüvvədir.