ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı 2004-cü ildən qüvvədə olan sanksiyaların ləğvini nəzərdə tutan fərman imzalayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.
Yeni qərar müəyyən mallara tətbiq edilən ixrac nəzarətinin zəiflədilməsini və Suriyaya xarici yardımın göstərilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur.
Tramp həmçinin ABŞ Dövlət katibi Marko Rubiaya Suriyanın “terrorizmi dəstəkləyən dövlət” statusunu və “Hayat Təhrir əş-Şam” qruplaşmasının xarici terror təşkilatı kimi tanınması qərarını yenidən nəzərdən keçirməyi tapşırıb.
Bundan əlavə, fərman Suriyanın lideri Əhməd əl-Şaranın ABŞ-ın “xüsusilə təhlükəli beynəlxalq terrorçular” siyahısına salınması ilə bağlı qərarın da yenidən baxılmasını nəzərdə tutur.