ABŞ Dövlət Departamenti Suriyaya qarşı sanksiyaların ləğvindən sonra terror təşkilatı siyahısında olan Heyət Təhrir əş-Şam (HTŞ) ilə bağlı "bütün lazımı addımların atılacağını" açıqlayıb və bu təşkilatın siyahıdan çıxarıla biləcəyinə işarə edib.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamenti prezident Donald Trampın dünən imzaladığı Suriyaya qarşı sanksiyaları ləğv edən sərəncamla bağlı ətraflı açıqlama verib.
Bəyanatda sona çatan sanksiyalarla yanaşı, devrilmiş rejim lideri Bəşər Əsəd və tərəfdarlarına, insan haqlarını pozanlara, narkotik tacirlərinə, kimyəvi silah fəaliyyətləri ilə əlaqəli şəxslərə, İŞİD və ona bağlı təşkilatlara qarşı sanksiyaların davam etdiyi xatırladılıb.
Açıqlamada həmçinin Sezar Qanununun (Sezar Suriya Mülki Müdafiə Qanunu) tamamilə dayandırılması ehtimalının qiymətləndiriləcəyi və xarici terror təşkilatları siyahısında olan HTS ilə bağlı "bütün uyğun addımların atılacağı" ifadə edildi.
Açıqlamada “Xüsusi olaraq təyin edilmiş qlobal terrorçu (SDGT)” siyahısında olan Suriya prezidenti Əhməd Şəranın vəziyyətinin nəzərdən keçiriləcəyi vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az