AZ

ABŞ HTŞ-ni terror təşkilatları siyahısından çıxara bilər

ABŞ Dövlət Departamenti, Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğvindən sonra “Heyət Tahrir əş-Şam” (HTŞ) təşkilatı ilə bağlı “bütün uyğun addımların atılacağını” açıqlayaraq, təşkilatın “xarici terror təşkilatları” siyahısından çıxarıla biləcəyinə işarə edib.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Prezident Donald Trampın 30 iyun tarixində Suriyaya sanksiyaların ləğvini nəzərdə tutan prezident fərmanını imzalamasının ardından Dövlət Departamenti bu qərarla bağlı ətraflı bəyanat yayıb.

Açıqlamada sanksiyaların ləğvinə baxmayaraq, keçmiş Suriya Prezidenti Bəşər Əsəd və tərəfdarları, insan haqlarını pozan şəxslər, narkotik qaçaqmalçıları, kimyəvi silah fəaliyyəti ilə bağlı şəxslər, eləcə də İŞİD və onunla əlaqəli qruplara qarşı sanksiyaların davam etdiyi xatırladılıb.

Sezar Qanununun (Sezar Suriya Mülki Müdafiə Qanunu) tamamilə dayandırılması ehtimalının da dəyərləndirildiyi vurğulanıb.

HTŞ məsələsində, “xarici terror təşkilatları” siyahısı çərçivəsində “bütün uyğun addımların atılacağı” qeyd olunub.

Seçilən
1
7
cebheinfo.az

10Mənbələr