İyunun 30-da ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı 2004-cü ildə tətbiq edilmiş və iyulun 1-dən qüvvəyə minmiş sanksiyaların ləğvi haqqında sərəncam imzalayıb. Sənəd Ağ Evin saytında dərc olunub.
İcra sərəncamı, digər məsələlərlə yanaşı, Dəməşqə qarşı qüvvədə olan ixrac nəzarəti tədbirlərini yumşaltmağa imkan verir. Eyni zamanda, sənəddə qeyd olunur ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara və “İslam Dövləti” ilə əlaqəli şəxslərə qarşı məhdudiyyətlər qüvvədə qalır.
Tramp həmçinin ABŞ dövlət katibi Marko Rubioya Suriyanın terrorizmə sponsorluq edən dövlət statusunu, “Heyət Təhrir əş-Şam”ı terror təşkilatı kimi tanımaq qərarını və Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şərəni xüsusilə təhlükəli beynəlxalq terrorçu kimi tanımaq qərarına yenidən baxmağı tapşırıb.
“CBS” telekanalı qeyd edir ki, bəzi sanksiyaların ləğvi Konqres tərəfindən təsdiqlənməlidir.
Almaz Həsənli