EN

ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv olundu

ABŞ Suriyaya qarşı 2004-cü ildən qüvvədə olan sanksiyaları ləğv eidb.

Herbiand.az xəbər verir ki, bununla bağlı Prezidenti Donald Tramp fərman imzalayıb.

Ağ Evin rəsmi saytında yayılan məlumata görə, yeni qərar müəyyən mallara tətbiq edilən ixrac nəzarətinin zəiflədilməsini və Suriyaya xarici yardımın göstərilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur.

ABŞ həmçinin Suriyanın “terrorizmi dəstəkləyən dövlət” statusunu və “Hayat Təhrir əş-Şam” qruplaşmasının terror təşkilatı kimi tanınması qərarına yenidən baxacaq. Bundasn başqa Suriya lideri Əhməd əl-Şaranın ABŞ-ın “xüsusilə təhlükəli beynəlxalq terrorçular” siyahısından çıxarılması məsələsi də nəzərtə tutulub.

Chosen
2
10
herbiand.az

10Sources