EN

"Azərkosmos"un ixracı 11,4 % azalıb

BAKI. 30 iyun. TELEQRAF

İyun ayının 1-nə Azərbaycan Kosmik Agentliyi(Azərkosmos) dünyanın 40 ölkəsinə 7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Teleqraf-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % azdır.

Beş ayda “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.

Bu ilin may ayında isə “Azərkosmos” dünyanın 33 ölkəsinə 1,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Chosen
45
7
teleqraf.com

10Sources