AZ

Azərkosmos ilk 5 ayda nə qədər gəlir əldə edib - AÇIQLANDI

2025-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi – "Azərkosmos" tərəfindən dünyanın 40 ölkəsinə 7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Valyuta.az xəbər verir ki, "Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizini təşkil edib. Təkcə 2025-ci ilin may ayında qurum dünyanın 33 ölkəsinə 1,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Məlumata görə, bu dövrdə xidmətlərin ixrac olunduğu əsas ölkələr Birləşmiş Krallıq, Lüksemburq, Nigeriya, Türkiyə və Misir olub.

Ən çox xidmət ixracı - 1,9 milyon ABŞ dolları Birləşmiş Krallığa həyata keçirilib. İkinci yerdə 1,5 milyon dollarla Lüksemburq qərarlaşıb. Nigeriyaya isə 345,6 min ABŞ dolları dəyərində xidmət ixrac edilib. Siyahının dördüncü pilləsində 300,6 min dollarla Türkiyə, beşinci yerdə isə 298,2 min dollarla Misir yer alıb.

Qeyd edək ki, 2024-cü ilin eyni dövründə "Azərkosmos"un ixrac etdiyi telekommunikasiya xidmətlərinin ümumi dəyəri 7,9 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən illə müqayisədə 0,9 milyon dollar və ya təxminən 11,4 faiz azalma deməkdir.

Sərvanə Rəmixanova

Seçilən
49
7
valyuta.az

10Mənbələr