AZ

BƏƏ Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu azaldıb

Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin I rübündə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan iqtisadiyyatına 110 milyon 309 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 80 milyon 377 min ABŞ dollar və ya 42,2% azdır.

Hesabat dövründə BƏƏ-nin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2024-cü ilin ilk 3 ayındakı 12,6%-dən 7,3%-ə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
12
banco.az

10Mənbələr