AZ

Bu ilin may ayında qeyri-neft məhsullarının əsas ixracat ölkələri açıqlanıb - SİYAHI

2025-ci ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə əsas ixracat ölkələri açıqlanıb.

Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın iyun sayında yer alıb.

Hesabata görə, may ayında qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələr aşağıdakılardır:

  • Rusiya – 121,5 milyon ABŞ dolları
  • Türkiyə – 63,7 milyon
  • İsveçrə – 27,4 milyon
  • Gürcüstan – 19,7 milyon
  • Ukrayna – 13,5 milyon

Bu göstəricilər Azərbaycanın qeyri-neft ixracının regional şaxələnməsinin davam etdiyini göstərir.

Fuad Mədətov
Finss.az

Seçilən
15
8
fins.az

10Mənbələr