EN

Ukrayna ordusu əks-hücuma keçdi

BAKI, 30 iyun. TELEQRAF

Ukrayna qoşunları cəbhədə iki istiqamətdə - Sumı vilayətinin şimalı və Donetsk vilayətinin Çasiv Yar şəhərində irəliləyib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

“Geolokasiya görüntüləri göstərir ki, Ukrayna qüvvələri Oleksivkadan (Sumı şəhərinin şimalı) cənuba doğru irəliləyiblər”, - məlumatda deyilir.

Rusiya hərbi mənbələri həmçinin Ukrayna Silahlı Qüvvələrinin Yablunivkanın cənubu və Andrivkada əks-hücuma keçdiyini bildirirlər.

Ukrayna ordusu Çasiv Yar istiqamətində də irəliləyib. Söhbət şəhərin mərkəzi və Bila Xoranın cənub-şərqinə (Çasiv Yarın cənubu) doğru irəliləyişdən gedir.

Chosen
22
50
teleqraf.com

10Sources