AZ

Ukrayna Rusiyanın kimya zavodunu vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində yerləşən bir kimya zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Bakues.az xarici KİV-ə istinadla xəbər verir ki, zavodun vurulmasından sonra sənaye zonasında qalın qara tüstü müşahidə olunub.

Hücum nəticəsində iki nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Ukrayna Müdafiə Nazirliyi bu hücumda təyyarə tipli pilotsuz uçan aparatlarının istifadə edildiyini açıqlayıb.

Bu tip pilotsuz təyyarələr geniş diapazona sahib olmaqla yanaşı, bir neçə onlarla kiloqrama qədər partlayıcı maddə daşımaq qabiliyyətinə malikdir.

Seçilən
15
31
icma.az

10Mənbələr