Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, zavodun vurulmasından sonra sənaye zonasında qalın qara tüstü müşahidə olunub. Hücum nəticəsində iki nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Ukrayna Müdafiə Nazirliyi bu hücumda təyyarə tipli pilotsuz uçan aparatlarının istifadə edildiyini açıqlayıb.

Bu tip pilotsuz təyyarələr geniş diapazona sahib olmaqla yanaşı, bir neçə onlarla kiloqrama qədər partlayıcı maddə daşımaq qabiliyyətinə malikdir.