Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə hökumət əleyhinə mitinqdə çıxış edərək müxalifəti birləşməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə "TV Pirveli" məlumat yayıb.
O qeyd edib ki, artıq yeddi aydır ki, Gürcüstanda etirazlar davam edir:
"Gürcüstan hakimiyyəti müxalifəti qorxuda bilmir və məğlubiyyətə məhkumdur.
Hökumət müxalifəti gözdən salmağa çalışır, lakin bütün müxalifət qüvvələri birliyi qoruyub saxlasa, bu, nəticə verməyəcək. Yalnız birlik sayəsində ölkə xilas ola bilər".