EN

Varlı insanlar "TikTok"u almağa hazırdır - Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, “bir qrup varlı insan” Çinin "ByteDance" şirkətindən "TikTok" sosial şəbəkəsini almağa hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti "Fox News" televiziya kanalına müsahibəsində danışıb.

"Yeri gəlmişkən, "TikTok" üçün alıcımız var. Düşünürəm ki, razılaşma üçün Çinin təsdiqinə ehtiyacım ola bilər. Çin sədri Si Cinpin yəqin ki, bunu edəcək", - deyə o bildirib.

Tramp bildirib ki, o, “təxminən iki həftə ərzində” həmin alıcıların adını çəkməyə hazır olacaq. "Bunlar çox zəngin insanlardır”, - deyə prezident əlavə edib.

Bizim.Media

Chosen
30
50
bizim.media

10Sources