AZ

Donald Tramp: “TikTok”un alıcısı tapılıb"

ABŞ prezidenti Donald Tramp "TikTok"un ABŞ üzrə fəaliyyətini alacaq investorun artıq müəyyənləşdiyini bildirib. 

Valyuta.az xəbər verir ki, Çin şirkəti “ByteDance”ə məxsus sosial media platforması ilə bağlı danışıqların detalları hələlik gizli saxlanılır.

Tramp bu barədə "Fox News" telekanalında yayımlanan “Sunday Morning Futures” proqramında Mariya Bartiromo ilə müsahibəsində deyib. Müsahibə cümə günü lentə alınıb, lakin bazar günü efirə verilib.

“TikTok”un alıcısı var. Yəqin ki, bu satış üçün Çin tərəfinin də razılığı lazım olacaq və prezident Si Cinpinin bunu təsdiqləyəcəyini düşünürəm”, – deyə Tramp vurğulayıb. O, alıcının “çox varlı insanlar qrupu” olduğunu da əlavə edib.

Xatırladaq ki, ABŞ Konqresi ötən il “TikTok”un ABŞ üzrə bölmələrinin satılmasını tələb edən qanun qəbul etmişdi. Bu qərar milli təhlükəsizlik narahatlıqları ilə əsaslandırılmışdı. Qanuna əsasən, prezident bu prosesə bir dəfə uzadılma imkanı verə bilərdi. Tramp isə satış üçün müəyyən olunmuş müddəti artıq üçüncü dəfə uzadacağını açıqlayıb. 

Beləliklə, “ByteDance”ə 19 iyun tarixindən etibarən əlavə 90 gün vaxt veriləcək. Danışıqların gedişi isə ABŞ və Çin arasında ticarət münasibətlərindəki gərginlik fonunda ləngiyib. Apreldə Tramp administrasiyası Çindən idxala qarşı yeni tariflər tətbiq etməzdən əvvəl, “Oracle”, “Blackstone” və “Andreessen Horowitz” kimi ABŞ investisiya şirkətlərinin daxil olduğu konsorsiumun razılaşmaya yaxın olduğu bildirilirdi.

Ağ ev Trampın son açıqlamaları ilə bağlı əlavə şərh verməkdən imtina edib.

Sərvanə Rəmixanova

Seçilən
11
7
valyuta.az

10Mənbələr