AZ

Bir qrup çox varlı insan "TikTok"u almağa hazırdır - Tramp

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bildirib ki, “bir qrup çox varlıinsan” Çinin "ByteDance" şirkətindən "TikTok" sosial şəbəkəsinialmağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Fox News"televiziya kanalına müsahibəsində deyib.

"Yeri gəlmişkən, "TikTok" üçün alıcımız var. Düşünürəm ki,[razılaşma üçün] Çinin təsdiqinə ehtiyacım ola bilər. Düşünürəm ki,[Çin] sədri Si [Cinpin] yəqin ki, bunu edəcək", - deyə obildirib.

D.Tramp bildirib ki, o, “təxminən iki həftə ərzində” həminalıcıların adını çəkməyə hazır olacaq. "Bunlar çox, çox zəngininsanlardır. Bu, çox zəngin insanlar qrupudur", - deyə prezidentəlavə edib.

Seçilən
13
27
az.trend.az

10Mənbələr