"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro karyerasını İngiltərə klubunda davam etdirmək qərarına gəlib.
90deqiqe.Az-ın "Mirror" nəşrinə istinadən məlumatına görə, braziliyalı futbolçunun qərarına əsas təsir edən amillərdən biri onun may ayının sonunda Braziliya millisindən aldığı çağırış olub.
33 yaşlı futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatında milli komandanın heyətində iştirak etməyi hədəfləyir və hesab edir ki, Premyer Liqada çıxış etməsi bu şansı artırır.
Təcrübəli yarımmüdafiəçi iyun ayının əvvəlində DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvador (0:0) və Paraqvay (1:0) ilə oyunlarda Braziliya millisinin heyətində meydana çıxıb. Qeyd edək ki, Kazemiro bundan əvvəl son dəfə milli formanı 2023-cü ilin oktyabrında geyinmişdi.