"Mançester Yunayted"in futbolçusu Kazemiro gələcəyi ilə bağlı qərarı verib.
QOL.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi karyerasını İngiltərə klubunun heyətində davam etdirmək niyyətindədir. Onun bu qərarına əsas təsir edən amillərdən biri may ayının sonunda Braziliya yığmasına çağırılması olub.
Kazemiro 2026-cı il dünya çempionatında milli komandanın heyətində iştirak etmək istəyir və Premyer Liqada oynamağın bu məqsədə çatmaq üçün daha əlverişli olduğunu düşünür.
Qeyd edək ki, Kazemiro iyunun əvvəlində Braziliya millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsində Ekvador (0:0) və Paraqvayla (1:0) keçirilən matçlarda iştirak edib. O, bundan əvvəl son dəfə yığmasının heyətində 2023-cü ilin oktyabrında meydana çıxmışdı.