AZ

Kazemiro "Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verib

İngiltərə təmsilçisi "Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro gələcəyi ilə bağlı qərar qəbul edib...

"Report" "Mirror"a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını "qırmızı şeytanlar"da davam etdirmək istəyir.

Onun qərarına ötən mövsümün sonunda Braziliya milisinə dəvət alması da təsir göstərib. Kazemiro Premyer Liqa təmsilçisinin heyətində çıxış edərkən yığmaya daha çox dəvət alacağını düşünür.

Qeyd edək ki, Kazemiro 2022-ci ildən "Mançester Yunayted"in formasını geyinir.

Poliqon.info 

Seçilən
7
3
poliqon.info

10Mənbələr